Yetəri qədər zülal yemədiyiniz zaman bədəninizdə baş verən 7 şey

Zülalı az qəbul etdikdə nə  baş verir?

  • Yemək istəyiniz artır.

Qida qəbul vaxtları arasında yemək istəyi normal haldır. Ancaq belə hallar davamlı təkrarlanırsa və yediyiniz qidalar sizi tam doyurmursa, ola bilər ki, kifayət qədər zülal qəbul etmirsiniz. Tibb Elmləri Doktoru Lisa DeFazionun sözlərinə görə, bu ona görədir ki, Zülal qan şəkərinin tənzimlənməsinə kömək etdir. DeFazio deyir ki, “Zülal, karbohidratların mənimsənilməsini ləngidir və qan şəkərinizi yavaşladır”.

DeFazioya görə, kifayət qədər zülal yedikdə daha uzun müddət özünüzü tox hiss edəcəksiniz və tez-tez baş verən əhval dəyişimlərinə məruz qalmayacaqsınız. Qidalanma jurnalında yayımlanan son bir araşdırmada göstərilir ki, yüksək zülallı  səhər yeməyini yeyən iştirakçılar daha az şirin və ya duzlu qidalar istəyirlər. Bəzən qida istəkləri, maqnezium və  kalium kimi bir sıra vitaminlərin çatışmazlığından da qaynaqlana bilər.

Boston Tibb Mərkəzi qidalanma və çəki kontrolu mərkəzinin direktoru Caroline Apovian deyir ki, az zülallı  pəhriz əzələ itkisinə səbəb olur və bunun nəticəsində metabolizm yavaşlayır. “İstirahət enerjisinin xərclənməsi (REE) azalacaq, çünki bu sizin nə qədər əzələ kütləsinə sahib olduğunuzla birbaşa bağlıdır” deyə doktor Caroline Apovian  qeyd edir. Harvard Tibb Məktəbinə görə, tövsiyə olunan gündəlik zülal miqdarı fiziki aktivlik və kalori nəzərə alınmadan bədən çəkisinin hər kiloqramına 0,8 qram təşkil edir. Zülal çatışmazlığı maddələr mübadilənizi yavaşladan bir çox səbəbdən yalnız biridir.

  • Diqqətiniz azalır

Kardioloq və kilo menecmenti mütəxəssisi Luiza Petre bildirir ki, zülaldən az istifadə diqqətinizin və konsentrasiyanızın azalmasına səbəb olur. “Zülallar beynimizin işləməsinə imkan verən hormonlar və fermentləri meydana gətirir. Yetərli zülal qəbulu amin turşusu olan tirozini təmin edir ki, bu da neyrotransmitterləri təşviq edir və bunların sayəsində siz enerjili və diqqətli olursunuz.”

  • Yaralarınız və xəsarətləriniz asanlıqla sağalmaz.

Doktor Caroline Apovian  deyir ki, zülal mikroelementlər, antioksidanlar və müxtəlif vitaminlərlə birgə toxumaların böyüməsinə və bərpasına kömək edir. Lakin zülal dərini yaxşılaşdırması və bərpa etməsi üçün oksigen və qan axını baxımından kritik önəm daşıdığından az zülallı  pəhriz saxlayanların zədələrinin tez bərpası çətinləşdirir. Eynilə, PhD, Beynəlxalq Qida İnformasiya Şurası Fondunun Direktoru Ali Webster zülal çatışmazlığının sümük qırılma riskinə səbəb ola biləcəyinə diqqət çəkir. “Bir neçə tədqiqat az zülallı  pəhriz saxlayan insanlarda sümük sıxlığının azaldığını və sümük itkisi nisbətinin artdığını göstərmişdir” deyə A.Webster qeyd edir.

  • Anemiya yarana bilər.

Anemiya, qanda, bədəndə oksigen daşımaq üçün kifayət qədər sağlam qırmızı qan hüceyrələrinin olmadığı bir vəziyyətdir və bir çox müxtəlif növü vardır. Dəmir, B12 vitamini və ya fol turşusu baxımından kifayət qədər yüksək zülallı  məhsulları yetərincə yeməmək yayılmış bir səbəbdir. Doktor Caroline Apovian  deyir ki, kifayət qədər zülal yeyən insanlar belə əgər düzgün zülal növlərini yemirlərsə, anemiya inkişaf edə bilər. Veqanlar və heyvan əsaslı zülal məhsullarından uzaq duran hər kəs, xüsusilə B12 vitamini çatışmazlığı riski altındadır (çünki bu vitamin yalnız heyvan məhsullarında olur).

  • Maye yığılmalarından əziyyət çəkə bilərsiniz.

Aşağı dərəcəli zülal pəhrizinin başqa bir əlaməti maye yığılmasıdır. Luiza Petre, bunun qanda maye tarazlığını qorumağa kömək edən, bir zülal olan albuminin səbəb olduğunu söyləmişdir. Vücudunuzda albumin azdırsa, maye ümumiyyətlə ayaqlarda olmaq üzrə digər üzvlərdə toplanır. Ancaq Dr. Caroline Apovian  qeyd edir ki, mayenin yığılmasının bir çox hallarda səbəbi odur ki, insan  kifayət qədər kalori qəbul edir, lakin kifayət qədər zülal qəbulunun olmamasıdır. Daha çox zülal yeməyin yollarını bilmək istəyirsinizsə, diyetoloqların sağlam və balanslı qidalanma qaydalarına baxın.

  • Dırnaqlarınız kövrək və yumşaq olur.

Dr. Caroline Apovian nın sözlərinə görə, vücudunuz sözdə lazımsız proseslərə enerji sərf etməyəcək qədər ağıllı quruluşa sahibdir. “Ümumiyyətlə, kifayət qədər zülal və kalori yemədiyiniz zaman, bədən sönür və sağ qalmağa çalışır”. Bu o deməkdir ki, dırnaqlarınızın və saçlarınızın sağlamlığı kənarda qalır. Luiza Petre əlavə edir ki, bu həmçinin saç, dəri və dırnaqlara edilən hazırlanmış keratindən də qaynaqlanır. Keratini daxilə qəbul etmək mümkün olmasa da, yüksək zülallı  qidalar bədəninizdə keratin istehsalına kömək edir. Dırnaqlarınız sizin sağlamlığınız haqqında çox məlumatlar verir.