Uzunömürlülük sirləri

Uzun ömür hər kəsin sahib olmaq istədiyi arzudur. Çünki hər birimiz sevdiklərimizlə vaxt keçirmək, arzularımızı həyata keçirmək və dünyanı kəşf etmək  üçün daha uzun yaşamaq istəyirik. Ancaq yaşadığımız illər xəstəlik yükünü daşıyırsa, uzun ömürdən nə dərəcədə səmərəli istifadə edə bilərik? Elə bunun sayəsində tibb dünyasında yeni sağlamlıq anlayışı uzunömürlülük (longevity) ortaya çıxdı. 

Orqanizm yaşlanma dövründə bəzən müxtəlif xəstəliklərlə rastlaşa bilir. Qocalma insan inkişafında baş verən təbii bir proses olduğu üçün uzunömürlülük yanaşması bu təbii prosesi daha sağlam şəkildə keçmək üçün bir yol xəritəsi təklif edir. 

 

Uzunömürlülük nədir? 

Uzunömürlülük sağlam, uzun və fit bir həyatı təsvir edir. Uzunömürlülük insanın fiziki və ruhi sağlamlığını qoruyaraq ömrünü uzatmağı hədəfləyir. Bu konsepsiya qidalanmadan idmana və qayğıya qədər sağlam yaşamağın ümumi qaydalarını özündə cəmləşdirir. 

Bu konsepsiya təkcə, insan ömrünün artmasına deyil, həm də həyatın sağlam hissəsinin keyfiyyətinin artırılmasına fokuslanır. Uzunömürlülük həm də, qocalıq anlayışını dəyişdirən bir yanaşmadır. Uzun ömür tərifinə daxil edilməli olan üç əsas element var. Bu elementlər aşağıdakılardır: 

 

  1. İnsanların ömrünü uzatmaq;
  2. Sağlam yaşam müddətini və keyfiyyətini artırmaq;
  3. Yaşlanma əlamətlərinə nəzarət və mücadilə etmək.

 

Uzunömürlülük pəhrizi nə deməkdir? 

Bu pəhriz bədənin ehtiyac duyduğu qidaları balanslaşdırılmış və kifayət qədər miqdarda qəbul etməyi, zərərli qidalardan uzaq durmağı və sağlam həyat tərzi vərdişlərinə uyğunlaşmanı əhatə edir. Uzunömürlülük pəhrizi təkcə arıqlamaq üçün deyil, həm də qocalma prosesini zəiflətmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir. 

Uzunömürlü pəhrizin faydaları arasında immunitet sistemini gücləndirmək, xroniki xəstəliklər riskini azaltmaq və enerji səviyyələrini artırmaq daxildir. Bu pəhriz antioksidantlar, vitaminlər, minerallar tərəvəzlər, meyvələr, tam taxıllar, sağlam yağlar və protein mənbələri kimi təbii və işlənməmiş qidaları tövsiyə edir. Həmçinin şəkərli və işlənmiş qidalardan uzaq durmağa və su istehlakını artırmağa fokuslanır. 

 

 

Sağlıqlı və uzun yaşamın əsas faktorları nələrdir? 

 

1)Genetik

İnsanlar arasındakı ömür fərqlərinin təxminən 25%-i genetikadan öz payını alır. Deməli, genetik status uzun və sağlam həyatın açarıdır. Tibb aləmində geniş yayılan uzunömürlülük ilə yaşlanma nəticəsində üzə çıxan hüceyrələrin pozulmasına qarşı qorunma üsulları inkişaf etdirilərək genetik faktorların sağlamlığa təsirinin azaldılması nəzərdə tutulur. 

 

2) Mühit 

Uzun ömrün sirlərindən biri də ətraf mühit faktorlarıdır. Çünki hər bir canlı kimi insan da ətraf mühitdə baş verən dəyişiklərdən təsirlənir. Məsələn, havanın keyfiyyətinin aşağı düşməsi sağlamlıq problemlərinə səbəb olan amildir. Bu səbəbdən uzun ömür üçün yaşayış yerləri və ətraf mühit şəraiti də çox əhəmiyyətlidir. 

 

3) Yaşam tərzi

Yaşam tərzi keyfiyyətini artırmaq üçün gündəlik həyatınızda düzgün və balanslı qidalanıb,idman ilə davamlı məşğul olmaq, yuxu rejiminə düzgün riayət etmək və stressdən qaçmaqla uzun ömürlülüyünüzü sağlam şəkildə artırmış olarsınız.