Şəkər əvəzedici nədir?
Şəkərin alternativi olaraq istehsal edilən əvəzedicillər şəkərdən daha şirin, lakin daha çox enerji ehtiva edən bir maddədir. Şəkər əvəzedicilərin insan sağlamlığına necə təsir etdiyinə dair araşdırmalar bu gün də davam etsə də, tələb olunan standartlara cavab verən tatlandırıcılar kalori ehtiyacını tarazlaşdırmaq üçün istifadə olunur. Şəkər əvəzedicilər yüksək intensivlikli və ya toplu olaraq təsnif edilir. Yüksək intensivlikli şəkər əvəzedicilər şirin bir dada malikdirlər, lakin kalorisizdirlər, qidalara kütləvi əlavə etmirlər və buna görə də çox aşağı səviyyədə istifadə olunurlar. Digər tərəfdən, toplu şəkər əvəzedicilər adətən karbohidratlardır və qidaya enerji (kalori) və həcm verirlər. Bunlar şəkərə bənzər bir şirinliyə malikdir və müqayisə edilə bilən səviyyədə istifadə olunur.
Şəkər əvəzedicilər qida sənayesində istifadə olunur. Aşağı kalorili içkilər, quru qarışıqlar, saqqızlar, jelatinlər, desert qarışıqları, pudinglər və dondurulmuş desertlər, bəzi qatıqlar, vitamin əlavələri və öskürək siroplarının istehsalında istifadə edilir və məhsula daha şirin dad vermək və istehlakı asanlaşdırmaq məqsədi daşıyır.
Şəkər əvəzedicinin növləri
Şəkər əvəzedicilər məhsula şəkərin verdiyi dadı vermək üçün istifadə olunur. Ən böyük faydası şəkərdən fərqli olaraq insan sağlamlığına təsiridir. Şəkər əvəzedicilərin növlərinə aspartam və asesülfam, saxarin, sukraloza, stevia və şəkər spirtlərindən hazırlanmış əvəzedicilər daxildir.
Aspartam və asesülfam
Aspartam və asesülfam azaldılmış və ya aşağı kalorili qida və içkilərdə əlavə edilmiş şəkərləri əvəz etmək üçün birlikdə istifadə edilən qeyri-qidalandırıcı əvəzedicilərdir. Qida sənayesi qidaları şirinləşdirmək üçün tez-tez aspartam və asesülfam kimi süni əvəzedicilərdən istifadə edir. Onları ətirli qatıqlara, az şəkərli qəlyanaltılara, hazır yeməklərə və bir çox başqa işlənmiş qidalara əlavə etmək olar. Aspartamın dünya üzrə təxminən 6000 qida məhsulunda olduğu təxmin edilir. Bu aşağı və ya kalorisiz əvəzedicilər geniş şəkildə istifadəsi son illərdə qismən eksperimental və epidemioloji tədqiqatların qarışıq nəticələrinə görə məhdudlaşdırılmağa cəhd edilmişdir.
Saxarin
Saxarin mövcud olan ən sərfəli aşağı kalorili şəkər əvəzedicilərdən biridir. Qida sənayesində sıfır kalorili şəkər əvəzedicisi olaraq meyvə şirələri, şirniyyatlar, mürəbbələr, jele və peçenyelər kimi aşağı kalorili işlənmiş qidalarda əvəzedici kimi istifadə olunur. Saxarin 1970-ci illərə qədər sidik kisəsi xərçənginə səbəb olduğu aşkarlanana qədər ən məşhur əvəzedicilərdən biri idi. Sonrakı illərdə müxtəlif tədqiqatlar göstərdi ki, saxarinin qəbulu bədən çəkisinin kiloqramı üçün 2,3 milliqramdan aşağı saxlanıldığı müddətcə zərərli deyil.
Sukraloza
Sukraloza kalorisi olmayan bir şəkər əvəzedici növüdür. Aşağı kalorili qida və içkilərdə şəkəri əvəz etmək üçün tərkib hissəsi kimi istifadə olunur. Sukraloza şəkərdən 600 dəfə şirindir, buna görə də şəkərlə eyni səviyyədə şirinliyi təmin etmək üçün çox az miqdarda lazımdır. Sukraloza kalorisizdir, şəkərdə isə hər qramda təxminən dörd kalori var. Bir çox ölkədə qida sənayesində istifadə üçün təsdiq almağı bacarmışdır.
Stevia
Stevia – stevia bitkisinin yarpaqlarından hazırlanmış bir şəkər əvəzedicidir. Süfrə şəkərindən təxminən 100-300 dəfə şirindir, lakin tərkibində karbohidratlar, kalorilər və ya süni inqrediyentlər yoxdur. Bəzi insanlar bu şəkər əvəzedicini acı hesab edir, bəziləri isə mentol dadına malik olduğunu söyləyirlər. Stevia digər şəkər əvəzedicilərindən fərqli olaraq təbii olduğu üçün üstünlük verilir. Aparıcı soda şirkətləri “sıfır şəkər” kimi bazara çıxardıqları sərinləşdirici içkiləri steviya ilə şirinləşdirirlər.
Şəkər spirtlərindən hazırlanmış əvəzedicilər
Poliol kimi tanınan şəkər spirtləri əvəzedicilər və həcm artırıcı maddələr kimi istifadə edilən maddələrdir. Onlar təbii olaraq qidalarda olur və meyvələr kimi bitki mənbələrindən əldə edilir. Şəkər əvəzedicisi olaraq şəkər spirti adi şəkərdən daha az kalori ehtiva edir və qan şəkərində qəfil dəyişikliklərə səbəb olmur, çünki onlar qlükozaya daha yavaş çevrilir və metabolizma üçün az miqdarda insulin tələb edir.
Ümumi şəkər spirtlərinə mannitol, sorbitol, ksilitol, laktitol, izomalt, maltitol və hidrogenləşdirilmiş nişasta daxildir. Şəkər spirtləri məişət məhsullarından daha çox işlənmiş qidalarda olur. Sərt konfetlər, peçenye, saqqız, sərinləşdirici içkilər və boğaz pastilləri də daxil olmaqla “şəkərsiz” etiketli qida məhsulları çox vaxt şəkər spirtləri ilə hazırlanır.
Şəkər əvəzedicilərin faydaları
Şəkər əvəzedicilərini faydalarına aşağıdakılar daxildir:
Süfrə şəkərindən fərqli olaraq qan şəkərində qəfil dəyişikliklərə səbəb olmur;
Təbii şəkər əvəzedicilər bədəni enerji ilə təmin edir və asanlıqla həzm olunur;
Təbii şəkər əvəzedicilərinin qrupuna aid olan bal ən sağlam əvəzedicilərdən biridir;
Ksilitol və saxarin kimi süni əvəzedicilərdə istifadə diş çürüməsinin qarşısını alır;
İnsulin səviyyəsini balanslaşdırmaq üçün istifadə olunur;
Stevia bağırsaqda sağlam bakteriyaların sayını artırmağa kömək edir.
Şəkər əvəzedicilərin zərərləri
Şəkər əvəzedicilərin zərərləri aşağıdakılardır:
İştah açıcı olduğu üçün artıq çəki və piylənmə problemlərinə səbəb ola bilir;
Aspartam alzheimer xəstəliyinə səbəb ola bilər, çünki həddindən artıq istifadə edildikdə unutqanlıq halları baş verir;
Həddindən artıq şəkər əvəzedicilərdən istifadə sidik kisəsi xərçənginə zəmin yaradır;
Bir sıra tədqiqatlar aspartamın bəzi insanlarda baş ağrısına səbəb ola biləcəyini, miqrendən əziyyət çəkən insanların şəkər əvəzedicisinə daha həssas olduğunu göstərir.