Okinava pəhrizi ilə 100 yaşa

“Okinawa” pəhrizi nədir?

Okinava pəhrizi tərkibində antioksidanlar olan qidaları çox istehlak edən bir pəhrizdir. Bu bitki əsaslı pəhriz ilə həm daha uzun yaşamaq, həm də gec yaşlanmaq mümkündür. Bədənə mənfi təsir göstərən doymuş yağ, şəkər, duz, ət, rafine taxıl, tam yağlı süd və süd məhsullarının istehlakını məhdudlaşdıran bir pəhrizdir. Bəzi ət və süd məhsullarının istehlakına icazə verilən bu pəhrizlə sağlam olmaq və formada qalmaq mümkündür. Təsadüfi deyil ki, bu pəhrizə riayət edən insanlar qocalıqda belə formada, gümrah və sağlam qalırlar.

Okinava pəhrizi Yaponiyanın cənubundakı okinava adasının yerli sakinlərinin konfutsi təlimlərinə bənzəyən yarı vegetarian pəhrizinə aiddir. Bu pəhrizə görə istehlak edilən qidalar az kalorili, mineral və vitaminlərlə zəngin olmalıdır.

85 faiz karbohidratlardan ibarət olan bu pəhriz indi 58 faiz karbohidrat ehtiva edir. Protein tərkibi həmişə olduqca aşağıdır, 9-15 faiz arasında dəyişir. 100 faizdən qalan kiçik hissə yağlarla doldurulur. Okinavalılar sağlam bir insanın gündəlik istehlak etməli olduğu kaloridən demək olar ki, 11 faiz az kalori istehlak edirlər.

 

 

Okinava pəhrizində olarkən qidalanma necə olmalıdır?

Bitki əsaslı bir pəhriz növü olsa da, tərəvəzlərlə yanaşı, soya əsaslı qidalar və göbələklər də geniş şəkildə istehlak edilir. Bu pəhriz zamanı istehlak edilə bilən qida qrupları bunlardır:

Tərəvəzlər: portağal, şirin kartof, dəniz yosunu, kələm, bambuk tumurcuqları, turp, acı qovun, kələm, yerkökü, balqabaq, və göbələk;

Soya əsaslı qidalar: mayalanmış soya və edamame;

Taxıllar: darı, buğda, düyü və əriştə;

Ət və dəniz məhsulları: balıq və digər dəniz məhsulları

Bu pəhrizə emal edilmiş ət məhsulları, pendir, yumurta, şəkərli desertlər və karbohidratlar daxil deyil. Bu pəhriz proqramında təmizlənmiş karbohidrat istehlakı məhduddur. Tərkibində sağlam karbohidratlar olan tərəvəzlərdən, xüsusən də kartofdan istifadə etməyin heç bir zərəri yoxdur. Okinava pəhrizində olarkən duz istehlakını da məhdudlaşdırmaq lazımdır.

Okinava pəhrizinin ulduzu bəzi sağlamlıq mütəxəssislərinə görə ən sağlam qida olan şirin kartofdur. Yüksək miqdarda lif, antioksidant, kalsium, kalium, maqnezium, A və C vitaminləri olan şirin kartof qan şəkərində ani dalğalanmalara səbəb olmur və uzun müddət tox saxlayır.

 

“Okinawa” pəhrizinin faydaları

Pəhriz adlanan hər hansı bir qidalanma proqramının əsas diqqəti onun arıqlamağınıza kömək edib-etməməsidir. Belə pəhrizlərin əsas məqsədi sağlam qidalanmadır. Bu pəhrizdə istehlak edilən hər bir qidanın kalorisi azdır. Ona görə də qeyri-sağlam qidalanma vərdişlərini bir kənara qoyub okinava pəhrizinə uyğun qidalandıqda arıqlamaq mümkündür. Rafine qidaları, şəkəri, duzu və kalorili qidaları həyatınızdan çıxardığınız zaman arıqlamaq çox asanlaşır. Bunu məşqlə taclandırsanız, ideal çəkiyə çatmaq çox asan olacaq.

Okinava pəhrizi ürək-damar xəstəlikləri və digər xroniki xəstəliklər riskinin azalmasında rol oynayır. Tədqiqatçılar bildirirlər ki, bu pəhrizdə yüksək antioksidan qəbulu və aşağı glisemik yüklü yeməklər səbəbiylə oksidləşdirici stress azalır. Həyatı təsir edən və ömrü qısaldan xəstəliklərin, xüsusilə ürək-damar xəstəlikləri, şəkər, qan təzyiqi və xolesterinin inkişaf riskini azaldır. Bu səbəbdən Okinavalılar uzun və sağlam həyatlarını qidalanmalarına borcludurlar.