Metabolizmanı sürətləndirmə üsulları

 

Metabolizma nədir?

Metabolizma tənəffüs və həzm kimi əsas funksiyaları yerinə yetirmək üçün bədənin ehtiyac duyduğu enerjinin qida və içkilərdəki qida molekullarını parçalayaraq enerjiyə çevrildiyi kimyəvi prosesdir. Metabolizm iki əsas hissədən ibarətdir: anabolizm (yaradılış) və katabolizm (məhv). Metobabolizma ən sadə tərifi ilə bədəninizdəki bütün kimyəvi reaksiyaları təsvir edən bir termindir. Bu kimyəvi reaksiyalar bədəninizi canlı və işlək saxlayır. Bununla belə, ümumi gündəlik istifadədə maddələr mübadiləsi sürəti və yandırılan kalori miqdarı çox dəqiq olmasa da, bir-birini əvəz edir. Metabolik sürətin yüksək olması kaloriləri tez yandırmağınız deməkdir. Metabolik sürətiniz nə qədər yüksək olarsa, arıqlamaq və çəkini saxlamaq bir o qədər asan olar.

 

Metabolizma növləri

Katabolizma: Enerji ayrıldıqdan sonra maddələrin parçalanması ilə məşğul olur.

Anabolizma: Sadə prekursor komponentlərdən daha mürəkkəb maddələrin əmələ gəldiyi mərhələləri təsvir etmək üçün istifadə olunur. Anabolizm katabolizm reaksiyaları zamanı ayrılan enerjinin böyük hissəsini istifadə edir.

Qida həzm olunduqdan və udulduqdan sonra qan vasitəsilə toxumalara ötürülür. Hüceyrəyə çatan qida hüceyrə membranından keçir və metabolik dövrəyə daxil olur. Sözügedən biokimyəvi dövrün məqsədi qidalardan gələn enerjinin bir hissəsini sərbəst buraxaraq hüceyrənin müxtəlif funksiyaları üçün istifadə edilə bilən bir forma çevirməkdir ki, qalan hissəsi bədəndə sintez olunur. Beləliklə, maddələr mübadiləsi gün ərzində lazım olan enerjinin alınmasını təmin edir.

 

Metabolizma necə işləyir?

Metabolizma orqanizmin enerji istehsalı, saxlanması və xərclənməsi proseslərini idarə edən bütün biokimyəvi hadisələrdir. Qidadan alınanlar həzm olunaraq enerjiyə çevrilir və bu enerji hüceyrələrin həyati fəaliyyətini təmin etmək üçün istifadə olunur. Maddələr mübadiləsinin işləməsinə genetik faktorlar, yaş, cins, əzələ kütləsi və hormonal balans təsir göstərir. Maddələr mübadiləsinin fəaliyyətinə təsir edən əsas amillər bunlardır:

Bazal metabolizma dərəcəsi: Bədənin istirahətdə sərf etdiyi enerji miqdarıdır. Şəxsi enerji ehtiyacları bazal metabolizmin hesablanması ilə müəyyən edilə bilər.

Hormonlar: İnsulin və kortizol kimi hormonlar maddələr mübadiləsinin sürətini və enerji istifadəsini tənzimləyir.

Fiziki fəaliyyət: Daimi idman əzələ kütləsini artırır, maddələr mübadiləsini sürətləndirir və enerji sərfiyyatını artırır.

Qidalanma vərdişləri: Balanslı qidalanma və adekvat su istehlakı maddələr mübadiləsinin nizamlı işləməsini dəstəkləyir. Maddələr mübadiləsini sürətləndirən qidaların istehlakı enerji istifadəsini artıra bilər.

Yaş və genetik faktorlar: Yaşla əlaqədar maddələr mübadiləsi yavaşlayır. Metabolik yaşın hesablanması maddələr mübadiləsinin sürətini qiymətləndirmək üçün istifadə edilən bir üsuldur.

 

 

Maddələr mübadiləsini sürətləndirməyin üsulları

Maddələr mübadiləsini sürətləndirmə üsulları aşağıdakılardır:

Hər yeməkdə bol protein istehlak etmək;

Daha çox su içmək;

Yüksək intensivlikdə məşq etmək;

Məşq zaman ağırlıqlar qaldırmaq;

Yaşıl çay və ya qəhvə içmək;

Acılı qidalar maddələr mübadiləsini sürətləndirdiyi üçün onlardan istehlak etmək;

Gecə düzənli şəkildə yuxu yatmaq.

 

Qidalanma, idman və metabolizma arasındakı əlaqə

Maddələr mübadiləsinin tənzimlənməsinin əsas açarı qidalanmadır. Maddələr mübadiləsinin mərhələləri enerji istehsalı üçün qida maddələrinin parçalanmasına əsaslanır. Bu enerji orqanizmə zülalları və nuklein turşularını sintez etməyə imkan verir.

Əsas qidalar bədəni enerji (kalori) ilə təmin edir və orqanizm tərəfindən sintez oluna bilməyən zəruri kimyəvi maddələrin qəbuluna səbəb olur. Beləliklə, qida bədən toxumalarının qurulması, saxlanması və təmiri və bədənin səmərəli işləməsi üçün lazım olan müxtəlif maddələri təmin edir. Maddələr mübadiləsinin nizamlı və səmərəli işləməsi üçün karbon, hidrogen, azot, fosfor, kükürd və təxminən 20 digər qeyri-üzvi elementləri qida rasionunuzla birlikdə qəbul etməlisiniz. Əsas elementlər zülallar, karbohidratlar və lipidlərdir. Bundan əlavə, maddələr mübadiləsinin müntəzəm işləməsi üçün vitaminlər, minerallar və su qəbulu vacibdir. Qeyri-sağlam və yüksək kalorili qidalar əvəzinə bədən fəaliyyətini daha asan yerinə yetirə biləcək bütün taxıllar, yağsız zülallar, tərəvəz və meyvələr seçmək tövsiyə olunur. Maddələr mübadiləsini ən çox sürətləndirən qidalar arasında qırmızı ət, kəsmik, darçın, zəncəfil, acı bibər və paxlalılar var.

İdman insulin müqaviməti üçün effektiv müalicədir. İdman etdiyiniz zaman yağ toxumasından çox əzələ toxuması qurursunuz. Əzələ toxuması bədəninizdə yağ toxumasının yanmasından daha çox enerji sərf edir. Məşq və pəhriz arıqlamağa, piylənmə hallarında isə insulin müqavimətini və qlükoza tolerantlığını yaxşılaşdırmağa kömək edir.