Texnoloji inkişafla əlaqədar olaraq oturaq həyat tərzindən ən çox öz payını alanlardan biri də uşaqlardır. Texnologiya asılılığı fiziki aktivliyin azalmasına və müvafiq olaraq uşaqlarda piylənmə, şəkərli xəstəliyi və diqqət çatışmazlığı kimi xəstəliklərin artmasına səbəb olur. Uzun müddət ekrana məruz qalan uşaqların təkcə fiziki sağlamlığının deyil, sosial əlaqələrinin də zəiflədiyi məlum bir həqiqətdir. Uşaqlıq dövründə müntəzəm idman həm fiziki, həm də psixoloji inkişafın sağlam şəkildə tamamlanmasına kömək edir.
Uşaqlarda idmanın fiziki faydaları nələrdir?
Uşaqlar idman sayəsində statik və dinamik tarazlıq bacarıqlarını təkmiləşdirir,yorğunluğa qarşı müqavimətlərini eyni zamanda, güc və dözümlülüyünü artırırlar. Əzələ və sümük sistemi sağlam şəkildə inkişaf edir. Uşaq yaşlarından müntəzəm idmanla məşğul olmaq ürək-damar və imunitet sistemini yaxşılaşdırır,piylənmə və infeksiya riskini azaldır. Çəkiyə nəzarətlə daha sonrakı yaşlarda baş verə biləcək xroniki xəstəliklərə qarşı da tədbir görülür.
İdmanın uşaqlarda psixoloji faydaları nələrdir?
Fiziki faydalarla yanaşı, idmanın psixiloji üstünlükləri də vardır ki, onları aşağıdakı kimi sıralamaq olar:
Şəxsi inkişafı dəstəkləyir;
Xarakteri formalaşdırır;
Sosiallaşma prosesini asanlaşdırır;
Sosial qaydalara uyğun olaraq aqressiv impulsları necə atmağı öyrədir;
Özünə inam, cəsarət və məsuliyyət hissi artır;
Depressiya və narahatlıq kimi pozğunluqlardan xilas olmağı təmin edir;
Siqaretdən və maddə asılılığından uzaqlaşdırır.
Müəyyən yaş aralıqlarında uşaqlar hansı idman növləri ilə məşğul olmalıdırlar?
Uşaqlıq dövründə bütün bədən hərəkətlərini əhatə edən və böyük əzələ qruplarını məşq edən fəaliyyətlərə üstünlük verilməlidir. 2-6 yaş arası uşaqlar ilk olaraq gimnastika, üzgüçülük və ya atletika ilə idman növləri ilə başlaya bilərlər.
2-3 yaş üçün idman hərəkətləri:
Başlanğıç olaraq oyunlardan ibarət idman fəaliyyətlər həyata keçirilməlidir. Bura açıq havada qaçış, hoppanma və tullanma kimi hərəkətlər daxildir.
4 yaş üçün idman hərəkətləri:
Uşaqların böyük əzələ qruplarını məşq etməyə imkan verən fəaliyyətlər yəni, qaçış, atlama, bir az daha mürəkkəb rəqs, gimnastika və üzgüçülük kimi idman növlərindən başlamaq olar.
5-7 yaş üçün idman hərəkətləri:
Bu yaş qrupu üçün fərdi idman növləri daha uyğundur. Fiziki tarazlıq və diqqətləri yaxşılaşdıqca, onlar hərəkət edən obyektləri daha yaxşı izləyə və tuta bilərlər. İplə tullanma, gimnastika və velosiped sürmə kimi fəaliyyətlərə üstünlük verilməlidir.
8-10 yaş üçün idman hərəkətləri:
Kompleks fiqurların iştirak etdiyi rəqslər, futbol, basketbol, ox atma, tennis, üzgüçülük və at sürmə kimi idman növlərinə üstünlük verilməyi tövsiyə olunur.
Yeniyetməlik dövrü stressin çox yüksək səviyyədə olduğu və ailə ilə daimi münaqişələrin yaşandığı dövrdür. Yeniyetmələr çox enerjilidirlər və sıxılırlar. Yeniyetməlik dövründə komanda idmanı və atletikaya üstünlük verilə bilər. Çünki komanda idmanı yeniyetməlik dövründə artan stress və narahatlığı azaltmağa kömək edir. Bu yolla yeniyetmə uşağınızla daha sağlam münasibət qura bilərsiniz.
İdmandan və fiziki fəaliyyətdən uzaq olan uşaqlarda piylənmə və digər xəstəliklərə tutulma riskinin idmanla məşğul olan uşaqlardan qat-qat yüksək olduğu aşkardır. İdmanla məşğul olan uşaqlarda balanslı və sağlam qidalanma təmin edilərsə, çəki artımı da əldə etmək olar. İdmana erkən yaşlardan start verildiyi üçün uşaqlar sağlam şəkildə böyüyürlər.