Çoxlu göyərti yeyin və sağlam qalın

Sağlam bir pəhriz planına mütləq göyərti daxildir. Gün ərzində 4-6 porsiya göyərti qəbul etməyin sağlamlığımıza bir çox müsbət təsirləri var. Göyərtinin tərkibindəki qidalar, antioksidantlar və liflər göz sağlamlığından bağırsaq sağlamlığına qədər əhəmiyyətli rol oynayır. Göyərtidən istifadə maddələr mübadiləsinin işləməsində, bədənimizin enerji səviyyələrində və əhval-ruhiyyəmizdə əsas faktor olmaqla yanaşı, hormonlarımızın tənzimlənməsində də təsirlidir.

 

Göyərtininin bağırsaq fəaliyyətinə faydaları

Bağırsaqlara çox vaxt bədənimizin ikinci beyni deyilir ki, bunun da səbəbi onun emosional vəziyyətimizlə əlaqəsidir. Stressli və ya qəzəbli olduğunuz zaman mənfi təsirlər birbaşa bağırsaqlarda hiss olunur. Bədənimiz üçün çox vacib olan bağırsaqların sağlamlığını qorumaq üçün edə biləcəyimiz ən vacib işlərdən biri də kifayət qədər göyərti istehlak etməkdir. Çünki göyərti özündə bol miqdarda lif ehtiva edir. Lifli qidalar həzm olunarkən, qısa zəncirli yağ turşuları adlanan üzvi turşuların istehsalını təmin edir.

 

Göyərtilər su mənbəyi kimi

Yetərli miqdarda su istehlakı maddələr mübadiləsinin işləməsində, həzm, tənəffüs və reproduktiv sistemin düzgün işləməsində mühüm rol oynayır.  Su ilə zəngin qidaların qəbulu da orqanizm üçün vacib olduğu üçün göyərtidən istifadə etmək tövsiyə olunur. Yetərincə göyərti istehlak etmədiyiniz zaman yediyiniz qidaları həzm etməkdə çətinlik çəkə və bədəninizin tələb etdiyi su miqdarını qarşılaya bilmədiyiniz üçün şişkinlik kimi problemlərlə qarşılaşa bilərsiniz.

 

 

Koqnitiv fəaliyyətə göyərtinin təsiri

Yaşlandıqca koqnitiv fəaliyyətlərdə performans azalır. Nəyisə xatırlamaqda, diqqət yetirməkdə və ya yadda saxlamaqda çətinlik çəkə bilərik. Bu qocalmanın normal nəticəsidir, amma onun təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görmək olar. Çoxlu göyərti istehlak etmək idrak sahəsinə, yaddaşın qorunmasına və bəzi intellektual bacarıqların inkişafına təsir edir.

 

İdmançıların qidalanmasında göyərtinin əhəmiyyəti

Tərkibində lif olan göyərtilərin müntəzəm istifadəsi əzələlərin işini dəstəkləyir, həmçinin qan axınını tənzimləyən təsirləri də var. Göyərti istehlak etdikdə məşq edərkən ortaya çıxan oksigen ehtiyacını daha rahat qarşılamaq və əzələlərə daha çox oksigen göndərmək olur.

Sağlam qidalanma və ya pəhriz proqramınıza göyərti əlavə etməklə həm şişkinlikdən xilas ola, həm də həzm sisteminizi rahatlaşdıra bilərsiniz. Yaşıl yarpaqlı tərəvəzlərlə zəngin bir pəhriz piylənmə, ürək xəstəliyi, yüksək qan təzyiqi və zehni geriləmə riskini azaltmaq da daxil olmaqla bir çox sağlamlıq faydası təmin edir.

 

Göz və ürək sağlamlığında göyərtinin rolu

Gənc yaşda bol miqdarda göyərti istehlakı katarakt kimi yaşa bağlı göz xəstəliklərinin qarşısını almaqda və göz quruluğunun təsirini azaltmaqda rol oynayır. Göyərti istehlakı yüksək qan təzyiqi və xolesterini tarazlaşdırmağa kömək edir və infarkt riskini azaldır. Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün ateroskleroz, alzheimer və xərçəng kimi bir çox xəstəliyin əsasını təşkil edən sərbəst radikallara qarşı da qoruyucu rol oynayırlar.