Çit dey və ya Çit mil (Cheat day, cheat meal) pəhriz zamanı proqramda göstərilən bir gündə və ya günün hansısa saatında pəhrizi pozmaq – normal qəbul ediləndən daha çox və biraz qeyri-sağlam yemək yeyərək monotonlaşan maddələr mübadiləsini canlandırmaq məqsədi daşıyan prosesdir. Tez-tez rastlaşdığımız məşhur anlayışlardan biri halına gələn çit dey, əslində orqanizmin adi qida rejimindən kənara çıxmağı və bununla da metabolik quruluşu sürətləndirməyi və çəki nəzarətinə nail olmağı hədəfləyir.
Çit deyin həftədə bir və ya iki dəfə tətbiq olunmağı tövsiyə olunur. Xüsusilə, müəyyən bir pəhriz proqramına əməl edən və müntəzəm olaraq idman edənlər həm özünü mükafatlandırmaq, həm də bədənin fəaliyyətini sürətləndirmək üçün həftədə bir dəfə “pəhrizi pozma günü” tətbiq edə bilərlər. Çit dey normal pəhriz proqramı xaricində karbohidratla zəngin bir qidalanma ilə müşaiyət olunur.
Çit deyin səhəri günü uyğun bir məşq proqramını etməyiniz, bədəninizə qəbul etdiyiniz karbohidratları düzgün şəkildə enerjiyə çevirməyinizə kömək edəcək. Bundan əlavə, aşağıdakı xüsusiyyətlər Çit deyin təmin etdiyi üstünlüklər arasındadır:
1) İllərdir ciddi şəkildə riayət edilən pəhriz qavrayışından uzaqlaşmağa kömək edir.
2) Ümumi pəhrizin davamlılığına kömək edir.
3) Zülal və karbohidrat qəbulu sayəsində enerji verir və boşalan depoları doldurmağa kömək edir.
4 )Melatonin hormonunun ifraz olunmasına və istehlak edilən kalorilərə görə glikogen (karbohidrat ehtiyatı) ehtiyatlarının yenilənməsinə kömək edir.
Çit mil və ya çit dey edərkən nəzərə alınmalı olan məqamlardan biri də onun necə həyata keçirilməsidir. Çünki çit mil kimi arzuladığınız sağlam olmayan, qatqılı, həddindən artıq yağlı və şəkərli qidalara müraciət etsəniz, bədəninizin tarazlığını poza bilərsiniz.
Pəhrizdə metabolik sistemi çaşdırmaq üçün istifadə edilən çit dey və ya çit mil tövsiyələri insandan insana dəyişə bilər. Monoton pəhrizin qarşısını almaq üçün mükafat günü ritual pəhrizdən daha çox makrokomponent istehlak etməyi hədəfləyir. Bu sayədə arıqlama prosesi qalıcı olur və insanın pəhrizi pozmasının qarşısını alır. Üstəlik pəhriz proqramları uzun və çətin bir prosesi təmsil etdiyi üçün çit mil və ya çit dey gününün olub-olmaması sualı ağıla gələn ilk suallardan biridir. Bu istiqamətdə aparılan araşdırmalara görə, həftədə bir dəfə pəhrizin pozulması 1 gün ərzində maddələr mübadiləsini 10%-ə qədər sürətləndirir. Həmçinin, ciddi pəhrizlərə riayət etmək qabiliyyətini artırmaq və iştahanı idarə etmək baxımından müsbət təsirləri var. Xüsusilə, kişilərdə yemək pozğunluqlarını azaltmaqda təsirli olmaqla yanaşı, həm də psixoloji cəhətdən möhkəm edir.