Vitamin C nədir?
Suda həll olunan vitamin olan C vitamini (askorbin turşusu) immunitet sistemini gücləndirərək orqanizmdə toxumaların bərpası və böyüməsi üçün xüsusilə portağal, naringi, qreypfrut və limon kimi sitrus meyvələrində olan mühüm antioksidant mənbəyidir. C vitamini antioksidant olaraq bədəndəki xərçəng və ürək xəstəliklərinin qarşısını alır və ya gecikdirir, sağlam qocalmanı dəstəkləyə biləcək sərbəst radikallarla mübarizə aparır.
Vitamin C-nin faydaları
Vitamin C dərinin, qığırdaqların, tendonların, bağların və qan damarlarının qurulmasında iştirak edən kollagenin istehsalına kömək edir.
C vitamininin əsas faydalarını aşağıdakı kimi sıralamaq olar:
Vitamin C immuniteti və beyni gücləndirir;
Soyuqdəymə və qrip əlamətlərini aradan qaldırır;
Qan təzyiqini aşağı salır;
Dəmirin udulmasını artırır;
Diş əti xəstəliklərinə müsbət təsir edir;
Saç və dəri sağlamlığını dəstəkləyir;
Yaraların tez sağalmasını təmin edir;
Xərçəng əleyhinə təsir göstərir;
Ürək-damar xəstəlikləri riskini azaldır;
Göz sağlamlığını qoruyur;
Emosional stressi və allergiyaları aradan qaldırmağa kömək edir.
C vitamini ilə zəngin qidalar
Vitamin C bədənin bir çox mühüm funksiyaları, xüsusilə də immunitet sistemi üçün vacib qidadır və ən yaxşı şəkildə təzə meyvə və tərəvəzlərdən alınır. Sitrus meyvələri kimi müxtəlif tropik meyvələr də C vitaminin zəngin qaynaqlarıdır. Təbii qidalardan alınan C vitamini orqanizm tərəfindən daha asan mənimsənildiyi üçün balanslaşdırılmış qidalanma ilə gündəlik ehtiyacları qarşılamaq mümkündür.
Tərkibində ən çox C vitamini olan qidalar deyildikdə ağla portağal və limon gəlsə də, qovun, brokoli, qırmızı kələm, kivi və bolqar bibəri də daxil olmaqla bir çox müxtəlif növ qidalarda C vitamini var. Meyvə və tərəvəzlərdə C vitamininin miqdarı bir-birindən fərqlənir. Tərkibində C vitamini olan qidaları kəsmək, əzmək, bişirmək, qızdırmaq və ya müəyyən inqrediyentlərlə qarışdırmaq onların tərkibindəki C vitamininin miqdarını azalda və ya tamamilə məhv edə bilər.
Orqanizmdə C vitamininin həddindən artıq çatışmazlığına sinqa xəstəliyi deyilir. Bu çatışmazlıq bədəndə bəzi simptomlara səbəb ola bilər. C vitamini çatışmazlığının simptomları qan azlığı, zəiflik, oynaqlarda ağrı, dərinin pisləşməsi, diş ətinin iltihabı, yaraların sağalmasının gecikməsi, saçların quruması və immunitetin azalması kimi səbəblər aiddir. Bədən sağlamlığı üçün vacib olan bu vitamini çiy və ya az bişmiş tərəvəzlərdən almaq həzm və immunitet sistemi üçün böyük faydalar təmin edir. Tərkibində ən çox C vitamini olan tərəvəz qırmızı bolqar bibəridir ki, asanlıqla gündəlik pəhrizinizə daxil edilə bilər. Bu şəkildə sağlam və balanslı qidalanma ilə C vitamini çatışmazlığının qarşısı alına bilər.
İnsana gündəlik nə qədər C vitamini lazımdır?
Bir insanın gündəlik C vitamini ehtiyacı yaşa, cinsinə və xüsusi sağlamlıq vəziyyətinə görə dəyişə bilər. Yetkin bir insanın gündəlik C vitamini ehtiyacı qadınlar üçün 75 mq, kişilər üçün 90 mq-dır. Hamilə və süd verən qadınların C vitamininə bir az daha çox ehtiyacı ola bilər. Bu miqdar hamilə qadınlar üçün təxminən 85 mq, süd verən qadınlar üçün isə 120 mq təşkil edir.
C vitamini bütün yaş qruplarında orqanizm üçün vacib bir qidadır. Körpədən böyüyə hər kəsin C vitamininə ehtiyacı var, lakin bu ehtiyac yaşa görə dəyişir. Yeni doğulan və azyaşlı uşaqlar ehtiyac duyduqları C vitaminini ana südü və ya süd qarışığı vasitəsilə alırlar. 1 yaşından etibarən körpələrə C vitamini ilə zəngin olan meyvə və tərəvəz kimi qidalar əlavə oluna bilər.
Həddindən artıq C vitamininin zərərləri nələrdir?
Tərkibində C vitamini olan meyvələr yüksək miqdarda turşu ehtiva etdiyi üçün uzun və həddindən artıq istehlak böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər. C vitamini dəmirin udulmasını artıra bilər ki, bu da bədəndə dəmir yığılması riski olan insanlarda əlavə problemlərə səbəb ola bilər.
Həzm sistemi pozğunluqları, ürəkbulanma və qusma C vitamininin çox qəbulu zamanı ən çox rast gəlinən problemlər arasındadır. Belə simptomlar gündə 2000 mq-dan çox C vitamini qəbul edərkən daha tez-tez baş verir.