Planet pəhrizi

 

Planet pəhrizi nədir?

Planeti qorumaq üçün insanın yeyə biləcəyi balanslaşdırılmış bu pəhrizi Birləşmiş Millətlər Təşkilatının 2019-cu ilin yanvar ayında müəyyən etdiyi inkişaf planı ilə dünyanın ən prestijli sağlamlıq jurnallarından biri olan “The Lancet” (Lanset) 2 il ərzində 37 fərqli ölkədən ekspertlərlə çalışaraq meydana gətirmişdir. Bu pəhrizə əsasən, qida qəbul edərkən onun bizə faydası və ya zərəri ilə yanaşı, planetə təsirini də nəzərə almaq lazımdır. Planet pəhrizi həm insanların sağlamlığını qoruyan, həm də planetimizin davamlılığını qoruyan qidalanma modelidir. Bu pəhriz müxtəlif qida mənbələrini şüurlu şəkildə seçməklə yaradılır. Bitki mənşəli qidalara üstünlük verilməsini tövsiyə edən planet pəhrizi tərəvəzlər, meyvələr, taxıllar, paxlalılar və qoz-fındıq bu pəhrizin əsas komponentləridir.

 

Planet pəhrizinin prinsipləri

Pəhriz imkan daxilində yerli və mövsümi məhsulların seçilməsini vurğulayır. Bu, həm ətraf mühitə təsiri azaldır, həm də yerli iqtisadiyyatı dəstəkləyir. Ət və heyvan məhsullarının istehlakını azaltmağı tövsiyə edir ki, daha davamlı ət seçimlərinə üstünlük verilsin.

Onun məqsədi qida israfının qarşısını almaq və azaltmaqdır. Şüurlu alış-veriş və yemək planlaması bu prinsipin əsasını təşkil edir. Planet pəhrizi davamlı balıqçılıq təcrübələrini təbliğ edir və həddindən artıq balıq ovun qarşısının alınmasını vurğulayır. Planet pəhrizi həm də uşaqlar üçün uyğun və tətbiq oluna bilən qidalanma modelidir. Uşaqların böyümə və inkişaf dövrlərində ehtiyac duyduqları qidaları ala bilmələri üçün sağlam və müxtəlif qidalanma planı yaradıla bilər.

 

 

Planet pəhrizində necə qidalanmaq lazımdır?

Bitki əsaslı pəhriz sağlamlığınız və planetin davamlılığı üçün vacib seçimdir. Bundan əlavə, yerli və mövsümi qidaların seçilməsi ekoloji davamlılığın bir hissəsidir. Planeti qorumaq üçün insanın yeyə biləcəyi balanslaşdırılmış bu pəhrizi Birləşmiş Millətlər Təşkilatının 2019-cu ilin yanvar ayında müəyyən etdiyi inkişaf planı ilə dünyanın ən prestijli sağlamlıq jurnallarından biri olan “The Lancet” 2 il ərzində 37 fərqli ölkədən ekspertlərlə çalışaraq meydana gətirmişlər. Bu pəhrizə əsasən, qida qəbul edərkən onun bizə faydası və ya zərəri ilə yanaşı, planetə təsirini də nəzərə almaq lazımdır.

Bu pəhrizə görə qəbul ediləcək qidaların gündəlik və həftəlik miqdarları aşağıdakı kimi müəyyən edilir:

Gündə orta hesabla 300 qram tərəvəz;

Gündə orta hesabla 200 qram meyvə;

Gündəlik orta hesabla 25 qram yağlı toxum (qoz, fındıq, badam kimi);

Gündəlik orta hesabla 250 ml, yəni təxminən 1 stəkan süd məhsulları;

10-12 xörək qaşığı düyü,bulqur və ya 9 dilim çörək;

Təxminən 50 qram nişastalı tərəvəzlər (qarğıdalı, mərcimək, noxud kimi);

Təxminən 6 əlavə şəkər kubu;

Gündə təxminən 4-5 xörək qaşığı əlavə edilmiş yağ;

Həftədə maksimum 2 yumurta;

Həftədə maksimum 400 qram toyuq;

Həftədə maksimum 100 qram qırmızı ət.

 

Planet pəhrizinin faydaları

Bu tip qidalanma modellərinin bir çox üstünlükləri var ki, onları aşağıdakı kimi sıralamaq olar:

Bitki qidaları lif, vitaminlər və antioksidantlar kimi bədənin ehtiyac duyduğu bir çox qida maddəsini ehtiva edir;

İmmunitet sistemini gücləndirməyə, çəkiyə nəzarət etməyə və bir çox xroniki xəstəliklərin riskini azaltmağa kömək edir;

Heyvan məhsullarının istehsalı nəticəsində ətraf mühitə təsirləri azaldır;

O, həmçinin su və enerji istehlakını azaltmaqla təbii ehtiyatların qorunmasına töhfə verir;

Bitki əsaslı qidalanma heyvanların hüquqlarına və rifahına hörmət edən yanaşmanı dəstəkləyir;

Bitki mənşəli qidalar ət və süd məhsulları istehsalı ilə müqayisədə daha az karbon qazına malikdir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə effektiv rol oynayır;

Yerli məhsullar uzun məsafələrə daşınmadığı üçün nəqliyyat xərclərini azaldır və enerjiyə qənaət edir;

Mövsümdə və yaxın coğrafiyada yetişdirilən məhsullar daha təravətli və qidalı olur;

Yerli istehsalçılara tələbat yerli iqtisadiyyatın güclənməsinə və yerli iş yerlərinin yaradılmasına kömək edir;

Mövsümi məhsulların seçilməsi, daim eyni məhsulların yetişdirilməsi ehtiyacını azaldaraq, torpaq eroziyasının qarşısını alır və vahid kənd təsərrüfatı təcrübələrini saxlayır;

Yerli məhsullar ənənəvi mətbəxlərin və ləzzətlərin davam etdirilməsinə imkan verir.