Emosional aclıq nədir?
Bəzən bizi sevdiyimiz yeməklərə aparan əslində mədəmiz deyil, duyğularımızdır. Günümüzdə bu hala “emosional aclıq” deyilir. Günlük həyatımızda keçirdiyimiz əsəb, stress və narahatlıq kimi mənfi emosiyalarımız bizi soyuducuya aparır. İşimizdən narazı olmaq, dostumuz və ya partnyorumuzla problemlər, yeni həyata başlamaq və ya uğur qazanmaq narahatlığı və iqtisadi çətinliklər kimi mənfi hallar emosional aclığa aparan proseslərdir.
Emosional aclıq, fizioloji və ya sosioloji cəhətdən insanın ehtiyacı olmadığı halda bəzi qidaları yeməsinə səbəb olan vəziyyətə aiddir. O anda ac olmasanız və ya ehtiyac duymasanız da yemək, duyğularınızı basdırmaq və sakitləşdirmək üçün bu yola əl atırsınız.
Hər birimizin zamanla yaşadığımız emosional aclığın əlbəttə ki, səbəbləri var. Çətin günlərin sonunda üzləşdiyimiz emosional boşluqların səbəbləri sırasında başlıca rol oynayan səbəblər kimi emosional çətinliklər,təklik,müxtəlif pəhriz proqramları,ərgənlik,uşaqlıq travmaları və stressi qeyd etmək olar.
Emosional aclığın əlamətləri
Sadalanan ümumiləşdirilmiş əlamətlərdən özünüzdə olanı görüb və hiss edirsinizsə, demək “emosional aclıq”, yəni “emosional yemək davranışı” sizdə inkişaf etmiş ola bilər. “Emosional aclığın” simptomlarına aşağıdakılar daxildir:
1)Mən ac olmasam da ətrafımdakı insanlar yemək yeyəndə yeyirəm;
2)Sadəcə bir işim olsun deyə yeyirəm;
3)Sevdiyim yeməyi yeyə bilməyəndə çox əsəbiləşirəm;
4)Tez-tez televizor qarşısında yemək yeyirəm;
5)Özümə təsəlli vermək üçün yeyirəm;
6)Gecələr yuxudan oyanıb şirniyyat yemək istəyirəm;
7)Evə gələndə bir şey yeməyi xoşlayıram, bu məni rahatlaşdırır.
Emosianal aclığın psixoloji və fiziki halı
Psixoloji proseslərdə təsirli olan serotonin və dopamin adlı kimyəvi maddələr insana gün ərzində daha xoşbəxt və ya bədbəxt ,daha narahat və ya rahat olmaq kimi duyğuları ötürür. Dopamin məhrumiyyətində özünüzü boş, ruhdan düşmüş və tükənmiş hiss edə bilərsiniz, sanki həyatınız parıltısını itirib. Əgər serotonin aclığından əziyyət çəkirsinizsə, narahatlıq və gərginlik yaşaya, iş və ya şəxsi həyatınız nəzarətdən çıxmış kimi narahat ola bilərsiniz. Bütün bu vəziyyətlərdə emosional yemək davranışının inkişafı normaldır. Dopamin və serotonin anbarlarının tükənməsi insanın özünü kədərli,stressli və yalnız hiss etməsinə yol açır. Bədən daha çox karbohidrat və yağlı qidalara ehtiyac duyaraq bu biokimyəvi maddələrdəki boşluğu doldurmağa çalışır. Nəticədə fiziki aclıq əlamətləri saatlarla görünməyə başlayır. Maddələr mübadiləsinin düzgün işləməsini təmin etmək və insanın gündəlik vərdişini pozmamaq üçün hər 3 saatdan bir özünü göstərən bu fiziki proses aclıqdır. Yemək vaxtı yaxınlaşdıqda meydana gələn mədə qurultusu və sancılar aclığın ən bariz fiziki əlamətləridir.
Daimi aclıq hissi toxluq hormonunun kifayət qədər ifraz olunmamasından qaynaqlanır. Fizioloji əsası olmasa da, uzun müddət müalicə olunmayan emosional qidalanma pozğunluğu sonda aclıq və toxluq hormonlarının nizamlı işləməsini maneə törədir. Emosional aclıq ilə başlayan proses insulin müqaviməti və ya şəkər xəstəliyi ilə davam edir.
Emosional aclıq ilə necə baş etmək olar?
Emosional aclıq cinsdən asılı olaraq deyil, daha çox insanın daxili vəziyyətinə, stress faktorlarına, emosional təcrübələrinə və ətraf mühit faktorlarına görə dəyişə bilər. Buna görə də, kişilər və qadınlar arasında ümumi bir müqayisə aparmaqdansa, hər bir fərdin öz emosional aclıq təcrübəsini anlamaq və mübarizə strategiyalarını inkişaf etdirmək vacibdir. Düzgün pəhriz siyahısı ilə qidalanma vərdişləri tənzimlənərsə və uyğun qidalanma modeli həyata keçirilərsə, emosional aclığı böyük ölçüdə idarə etmək, sağaltmaq və ya nəzarət etmək mümkündür.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.