İnsulinə qarşı müqavimət ilə mübarizə

İnsulinə qarşı müqavimət nədir?

Gün ərzində istehlak etdiyiniz şəkəri enerjiyə çevirmək üçün insulin hormonuna ehtiyacınız var. İnsulinə qarşı müqavimət qaraciyər, yağ və əzələ toxuması kimi nahiyələrdə insulinə qarşı həssaslıq nəticəsində yaranır. İnsulin hormonu qanda şəkərin (qlükoza) miqdarını idarə etməyə kömək edir. İnsulinə qarşı müqavimət yarandıqda bədən hüceyrələri insulinə normal cavab verə bilmir. Qlükoza hüceyrələrə asanlıqla daxil ola bilmədiyi üçün qanda toplanır. Bu proses bədənin insulinə qarşı müqavimətini ortaya qoymaqla yanaşı, 2-ci tip şəkər xəstəliyinə, ürək və beyin kimi həyati orqanlara da təsir edərək infarkt və insult kimi xəstəliklərə səbəb olur. Şəkər xəstəliyi, piylənmə, menstrual pozuntu, sonsuzluq, arıqlamaqda çətinlik, yüksək təzyiq, fibrokistik döş xəstəliyi, yumurtalıqlarda kistlər, infarkt, insult, xolesterin, yüksək trigliserid, xərçəng, ağciyər, mədəaltı vəzi xərçəngi, prostat, qaraciyər kimi bir çox ciddi xəstəliklərə yol aça bilər.

 

İnsulinə qarşı müqavimətin əlamətləri

İnsulinə qarşı müqavimətin ən bariz əlamətləri yemək və ya şəkərli içki qəbul etdikdən sonra yorğunluq, yuxululuq və ağırlıq hissidir. Yemək yedikdən sonra aclıq hissi, arıqlamaqda çətinlik çəkmək, bel ətrafının qalınlaşması, konsentrasiya və yuxu pozğunluğu da insulinə qarşı müqavimətin əlamətləri arasındadır. Eyni zamanda, qan təzyiqinin yuxarı olması, kilo artımına nəzarət edə bilməmək, qadınlarda menstruasiya pozuntuları, qoltuqaltı, qasıq və boyun bölgələrində qaralma və yeməkdən sonra qan şəkərinin nəzarətsiz şəkildə düşməyə başlaması ilə əl titrəməsi və tərləmə halları olur.

 

 

İnsulinə qarşı müqavimətdə idmanın rolu nədir?

Hər gün ən azı 30 dəqiqə olmaqla, həftədə 5 gün müntəzəm gəzmək faydalıdır. Hərəkət edərkən əzələləriniz ətrafdakı şəkərdən asanlıqla istifadə edəcək və insulinə ehtiyac duymadan kalori yandırmağa başlayacaq. Daim idmanla məşğul olsanız, yağ yandıran fermentlər aktivləşəcək və yığılmış yağlardan asanlıqla qurtulmağa başlaya biləcəksiniz.

Gündəlik hərəkətin miqdarını artırmaq, lift əvəzinə pilləkənlərdın istifadə, maşın sürmək əvəzinə yaxınlıqdakı yerə piyada getmək tövsiyə olunur. Həmçinin, hər gün müntəzəm olaraq məşq etmək, sürətli gəzinti, velosiped sürmək, üzmək, aerobika və ya sürətli rəqs etmək insulinə qarşı müqavimət ilə mübarizə aparmağa kömək edir. Əgər vaxtınız məhduddursa, həftədə ən azı 3 gün 45 dəqiqə sürətlə gəzməyi vərdiş edin.

 

İnsulinə qarşı müqaviməti olanlar necə qidalanmalıdırlar?

İnsulinə qarşı müqaviməti olan insanlar qarpız, kartof püresi, yerkökü və düyü kimi yüksək glisemik indeksi olan məhsullardan uzaq durmalıdırlar. Meyvələr zülal indeksi aşağı olan qidalar arasında olduğundan proteinlə birlikdə istehlak edilməlidir. Yemiş, qarpız və banan kimi şəkər səviyyəsi yüksək olan məhsullar zülalla birlikdə istehlak edildikdə insulin müqavimətini azaltmağa müsbət təsir göstərir. Çiy qoz və fındıq istilik səbəbindən müxtəlif proseslərə məruz qaldıqda antioksidan xüsusiyyətlərini itirdiyi üçün insulinə qarşı müqaviməti olan insanlar bu məhsulları çiy halda istehlak etməlidirlər. Ağ çörək, ağ düyü və makaron kimi karbohidratlar, şəkərli içkilər, şirələr və desertlər, hazır qidalar, ağ un məhsulları, kartof çipsləri və krakerlər kimi duzlu qəlyanaltılar insulini yüksəldən qidalardan uzaq durmağınız tövsiyə olunur. İnsulinə qarşı müqaviməti olanlar şirniyyat qəbul edərkən şəkəri az, lifi yüksək olan desertlərə üstünlük verməlidirlər.

 

 

 

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.