Piylənmənin kişi orqanizminə təsiri

Piylənmə insanda xroniki xəstəliklərə səbəb ola biləcək həddindən artıq yağ yığılması və ideal bədən çəkisinin 20%-dən çox artması (yaş, boy və cins kimi müəyyən amillərlə müəyyən edilən çəki) kimi müəyyən edilir. Qadınlar üçün 80 sm və daha çox, kişilər üçün 94 sm və daha çox bel ətrafının yağlanması xəstəliklər üçün riskli sayılır. Kişilərdə bel piylənməsi 30-50 yaş arasında çox rast gəlinən bir vəziyyətdir ki, bel nahiyəsində piylənməyə görə qadınlardan öndədirlər. Kişilərdə həyat üçün lazım olan yağ nisbətinin 2-14% arasında olduğu təyin edilmişdir.

Piylənmənin səbəbləri insandan insana dəyişir ki, əsas səbəbləri genetik faktorlardır. Bir insanın yeməkdən aldığı enerji, xərclədiyi enerjidən çox olarsa, kilo almağa səbəb olur. Buna görə də piylənməyə meyilli şəxslərə həyat vərdişlərini dəyişdirmələri, müntəzəm idman etmələri və sağlam qidalanmaları tövsiyə olunur. Piylənmə psixoloji problemlər və ya hormonal amillər səbəbindən baş verə bilər. Lakin bu xəstəliyin yaranmasında ən böyük amil oturaq həyat tərzi və qeyri-sağlam qidalanmadır. Fiziki fəaliyyətin olmaması, yaş, cins, təhsil səviyyəsi, sosial-mədəni, genetik, psixoloji, hormonal və metabolik amillər, siqaret və spirt istifadə vərdişləri, istifadə olunan bəzi dərmanlar (antidepresanlar) qəbulu piylənməyə səbəb olan amillərdir.

Piylənmənin əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Gün ərzində daha çox istehlak etdiyimiz hazır qidalar, eləcə də ağ un və şəkər məmulatları piylənmənin başlamasına yol açır. Karbohidratlar adlanan məhsulların, qarğıdalı, həddindən artıq düyü və doymuş heyvani yağların istehlakı və spirt istehlakı qarın ətrafında piylənməni artıran zərərli qidalanma üsuludur.

 

 

Artıq çəki və ya piylənmə kişinin hormon balansını poza bilər. Yağ toxumasının (piy toxuması) artması kişi hormonunu estrogenə (qadın cinsi hormonuna) çevirən fermentin artması ilə əlaqələndirilir. Belə ki, estrogen səviyyəsinin normadan artıq olması sperma istehsalında azalmaya səbəb olur. Hər gün bir çox insanın sağlamlığının pisləşməsinə və həyatını itirməsinə səbəb olan piylənmə qlobal bir epidemiyadır. Kişilərdə qarın ətrafındakı piylənmə səbəbi ilə meydana gələn piylənmə testosteron istehsalına təsir edə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, son 10 ildə aparılan araşdırmalar nəticəsində obez insanların sayının 10-30% artdığı məlumdur.

Piylənmə dünyada ən çox yayılan xəstəliklər arasındadır. Obez kişi xəstələrinin ömrü normal insanlardan təxminən 15 il qısadır. Doymuş yağ qəbulunun azaldılması, meyvə və tərəvəz istehlakının artırılması kimi həyat tərzi dəyişiklikləri bütün bədən yağını, xüsusilə qarın yağını azaldır. Kişilərdə piylənmənin qarşısını almaq üçün gündə ən azı 30-60 dəqiqə aerobik məşq etmək tövsiyə olunur. Həftədə 5-7 gün həyata keçirilən bu aerobik məşqlər həm arıqlamağa kömək edir, həm də artıq çəkinin itirilməsində vacib rol oynayır.