Kollogen gözəllik və sağlamlığınızın açarıdır

 

Kollagen nədir?

Oynaqların sağlamlığı və dəri elastikliyindən məsul olan, sümüklərdə, əzələlərdə və qanda olan dəri toxumasının 75 faizini və bədəndəki zülalın üçdə birini təşkil edən bir zülaldır. Kollagen qidalarda olan zülalların tikinti blokları olan amin turşularını birləşdirərək bədən tərəfindən təbii olaraq istehsal edir. Bədənin birləşdirici toxuma strukturunu toxunulmaz saxlayır, dərinin elastikliyini qoruyur, toxumalara gənclik və davamlılıq verir.

 

Kollagen tərkibli qidalar

Kollagen istehsal etmək üçün insan orqanizminə prolin, qlisin, C vitamini, sink və mis lazımdır. Prolin yumurta ağında, süd məhsullarında, kələmdə, göbələkdə və qulançarda olur. Glisin toyuq dərisi, jelatin və yüksək protein tərkibli digər qidalardan əldə edilir. Vitamin C sitrus meyvələrində və müxtəlif bibərlərdə olur. Sinkin mənbələri mal əti, quzu əti, qabıqlı balıqlar, noxud, mərcimək, lobya, süd, pendir və müxtəlif qoz-fındıq və toxumlarda olur. Bədənin kollagen istehsal etməsi üçün lazım olan mis kakao tozunda, küncütdə və mərciməkdə olur.

 

Kollagen növləri

Bədənin təbii olaraq sintez etdiyi kollagenin daha çox yayılan 5 növü vardır. Bu kollagen növlərinin əsas funksiyası birləşdirici toxuma dəstəkləməkdir və onların yerləşdikləri yerdən asılı olaraq xüsusi funksiyaları vardır. Kollagen növlərinə aşağıdakılar daxildir:

Birinci növ kollagen: Bədəndə ən bol olan kollagen növüdür. Dəridə, vətərlərdə, sümüklərdə, bağlarda və dişlərdə çox rast gəlinir. Bu növ kollagen toxumanın davamlılığını təmin edir, dəri strukturunun elastikliyini qoruyur və qırışların azalmasına kömək edir.

İkinci növ kollagen: Qığırdaq quruluşunda olur və oynaqların sağlam şəkildə hərəkət etməsinə şərait yaradır. Oynaqlar arasında sürtünməni azaldaraq qığırdaqları qoruyur və oynaq ağrılarını azaltmağa kömək edir.

Üçüncü növ kollagen: Dərinin, əzələ toxumasının və qan damarlarının quruluşunu dəstəkləyir. Dəri elastikliyini və toxuma davamlılığını artıran bu növ kollagen dərinin sağlamlığını və əzələ elastikliyini qoruyur.

Dördüncü növ kollagen: Hüceyrələrin quruluşunu dəstəkləyir, dərinin ən aşağı təbəqəsində və orqanların xarici qoruyucu membranlarında olur. Bu növ kollagen hüceyrələr arasında olan bazal membranı əmələ gətirir. Bədənin müxtəlif səthlərində dəstəkləyici bir maneə kimi çıxış edir.

Beşinci növ kollagen: Gözün buynuz qişasında, dəridə, saç toxumasında və plasentada olur. Göz sağlamlığını dəstəkləyən bu tip kollagen digər kollagen növləri ilə birlikdə çalışaraq toxumaların struktur bütövlüyünü qoruyur. Bu növ kollagen də dərinin gənc və sağlam görünməsinə kömək edir və saçları gücləndirir.

 

 

Kollagenin faydaları?

Kollagen bədəninizi gücləndirir, dəstəkləyir, qanın laxtalanmasına kömək edir, ölü dəri hüceyrələrini əvəz etməyə kömək edir, orqanlarınız üçün qoruyucu örtük yaradır və yeni dəri hüceyrələrinin böyüməsini təmin edir. Kollagenin faydaları dərini sağlam göstərir, sümük sıxlığını artırır və sümükləri gücləndirir.  Hidrolizə edilmiş kollagenin qəbulu dərinin nəmliyini, elastikliyini artırır və qırışların aradan qaldırılmasına kömək edir. Kollagenin saç və dırnaq sağlamlığına təsiri də danılmazdır. Sayəsində dırnaq qırılmalarında azalma və dırnaq böyüməsində artım vardır. Eyni zamanda saçların uzanmasını və qalınlığını artırır.

 

Kollagen çatışmazlığı

Bədənin təbii kollagen istehsalı 20 yaşdan sonra hər il 1-1,5 faiz azalır. Bədəndə əmələ gələn sərbəst radikallar kollagenin daha sürətli parçalanmasına səbəb olur. Günəşə sıx məruz qalma, hava çirkliliyi, ətraf mühit faktorları, stress, siqaret kimi pis həyat tərzi və şəkərlə zəngin qidalanma bədəndə sərbəst radikalların əmələ gəlməsini artıraraq kollagen səviyyəsini azaltmaqda təsirli olur. Kollagen istehsalı azaldıqca dərinin elastikliyi azalır, daha boş və qırışlı bir görünüş yaranır. Eyni zamanda, oynaqlarda məhdud ağrı və əzələlərin boşalması kimi simptomlar meydana gəlir.

 

Yaşa görə kollagen istifadəsi

Yaşla insan orqanizmində kollagen istehsalı təbii olaraq azalır və istehsal olunan kollagen növlərinin keyfiyyətində azalma müşahidə edilir. Bu dərinin struktur bütövlüyünün pozulmasına, qırışların yaranmasına və oynaq qığırdaqlarının zəifləməsinə səbəb ola bilər. Qadınlarda menopozdan sonra kollagen nisbəti azalır. Bunun səbəbi yaşlandıqca vücudunuzun kollageni əmələ gətirmək üçün lazım olan qidaları kifayət qədər mənimsəməkdə çətinlik çəkməsidir

Kollagen istifadəsi yaşa görə insandan insana dəyişə bilər. Yaşa görə kollagenin necə istifadə edilməli sualına ümumi cavabı belə vermək olar:

 20 yaşlarda bədən yüksək miqdarda kollagen istehsal edə bildiyi üçün kollagen əlavələri qəbul etməyə ehtiyac yoxdur. Dəri sağlamlığına töhfə vermək üçün çox az miqdarda kollagen qəbul edilə bilər.

30 yaşlardaa bədənin kollagen istehsalı azaldığı üçün dəri sağlamlığını qorumaq  və elastikliyini artırmaq üçün gündəlik 2,5-5 qram kollagen qəbul edilə bilər.

40-50 yaşlarında dərinin elastikliyi azalır, nəm itkisi baş verir, qırışlar və oynaqlarda problemlər yaranır. Bu problemlərə qarşı gündə 5-10 qram kollagen qəbul edilə bilər.

60 yaşdan yuxarı: Sümük sıxlığını qorumaq, oynaqların sağlamlıq problemlərini azaltmaq və yaşlanmanın dəri üzərində bəzi təsirlərini aradan qaldırmaq üçün gündə 10-15 qram kollagen qəbul edilə bilər.