Yoqa nədir?
Şimali Hindistan və Harappa bölgələrində aparılan qazıntılar zamanı yoqa pozaları ilə məşğul olan fiqurlar tapılıb. Bu daş lövhələr yoqanın qədim zamanlardan bəşəriyyətə müəyyən mənada toxunduğunu və bu gün də toxunmaqda davam etdiyini göstərir. Tarixi Hindistanda olan yoqa dünyanın müxtəlif yerlərində milyonlarla insana fiziki, əqli və mənəvi fayda verən meditativ təsirlərə malikdir. Yoqa – insanın fiziki və mənəvi olaraq istirahət etməsinə imkan verən meditasiya formasıdır. Asanalar (pozalar) sayəsində elastikliyi artırır, əzələləri gücləndirir və oynaqların sağlamlığını qoruyur. Pranayama (nəfəs alma texnikası) ilə stressi azaldır, narahatlığı aradan qaldırır, diqqəti artırır və yuxu keyfiyyətini yaxşılaşdırır. Meditasiya zehni sakitləşdirir və daxili dincliyi təmin edir.
Yoqanın növləri
Hatha yoqa – hərəkətləri və nəfəs məşqlərini birləşdirərək həyata keçirilən yoqa növüdür. Hatha yoga faydaları ilə bədən uzun meditasiya seanslarına hazırlana bilər. Daha yavaş bir sürətlə edilir.
Iyengar yoqa – edilən hərəkətlərdə uzun müddət dayanmağa yönəlmiş təcrübə olaraq güc qazanmağa hədəflənən yoqa növüdür;
Ashtanga yoqa – bir hərəkətdən digərinə sürətlə keçməklə həyata keçirilən gərgin məşq növüdür;
Holistik yoqa – nəfəs alma və tərənnüm etməyə yönəlmiş daha yavaş və yumşaq yoqa növüdür;
Vini yoqa – Şəxsi ehtiyaclara və ya öz qabiliyyətinə uyğunlaşdırılmış yoqa növüdür;
Kundalini yoqa -Enerjiyə fokuslanan bir nəfəs məşqidir;
Restoratif yoqa – Stress və narahatlıqdan xilas olmaq üçün faydalıdır.
Yoqanın faydaları
Yoqa ilə məşğul olmaq insanlara hərəkətdən tutmuş istirahətə qədər müxtəlif yollarla fayda verə bilər. Yoqa məşqləri ilə insan bədəninin elastikliyini artırmaq, güc qazanmaq, qaməti düzəldərək onurğanın sağlamlığını yaxşılaşdırmaq olur. Psixoloji cəhətdən stress səviyyəsini azaltmaq, diqqəti bərpa etmək və konsentrasiyanı artırmağa da kömək edir. Yalnız yoga ilə heç bir pəhriz saxlamadan arıqlamaq mümkün deyil. Yoqa müntəzəm qidalanma proqramı ilə bədənin bərpasına, elastikliyini artırmağa və müəyyən dərəcədə arıqlamağa kömək edir. Həftədə 1-2 dəfə yoqa ilə məşğul olmaq tövsiyə olunur.
Yoqa ilə məşğul olmağın ümumilikdə müsbət psixoloji təsirləri vardır. Gündəlik həyatın yaratdığı stressi aradan qaldırmaqla bərabər, insanların özləri ilə tək qalmasına şərait yaradır. Yoqa hərəkətləri və məşqləri düzgün və müntəzəm yerinə yetirildikdə, daha sakit və rahat əhval-ruhiyyə yarana bilər. Hər gün yoqa ilə məşğul olmağın faydaları arasında bədənə ifraz olunan adrenalinin tənzimlənməsi daxildir.
Yoqaya yeni başlayanların diqqət etməli olduğu amillər
Yoqa zamanı ən rahat paltarlarınızı geyinin. Tayt bu məşqlər üçün ən effektivdir. Yoqa sağlamlığı yol verən hər yaşda insanın edə biləcəyi bir məşq sistemidir. Xroniki və ya fiziki xəstəlikləri olanlar həkim nəzarəti və icazəsi altında yoqa ilə məşğul olmalıdırlar. Yoqa üçün ideal vaxtlar adətən səhərlərdir. Səhər yoqa ilə məşğul olmaq günə təzə başlanğıc verir. Səhər vaxtınız yoxdursa, işdən sonra da yoqa ilə məşğül ola bilərsiniz. Günün sonunda edilən yoqa da dərin daxili dinclik əldə etmək olur. Yoqa ilə acqarına məşğul olmaq daha yaxşı olardı. Son yeməkdən 2-3 saat sonra yoqa etmək daha rahat ola bilər. Yoqa ilə məşğul olarkən bədən formanıza uyğun miqdarda su içməyi unutmayın, çünki yoqa həm də toksinləri çıxarmağa kömək edir.