Sarkopeniya nədir?

Əzələ zəifləməsi və sarkopeniya nədir?

İnsan orqanizmində əzələ kütləsi 30 yaşa qədər artır. İnsandan insana dəyişsə də, yaşa bağlı əzələ zəifləməsi 30-cu illərdən sonra inkişaf etməyə başlayır və hər on ildən bir 3-5 faiz əzələ itirilir. Əzələ zəifləməsi qocalmanın təbii təsirlərindən biridir. Ən çox əzələ itirən insanlar adətən oturaq həyat tərzi keçirənlər olur. Əzələ zəifləməsi 60 yaşdan sonra artmağa başlayır. 80 yaşdan sonra insanların 11-50 faizi sarkopeniya (yaşa bağlı əzələ itkisi) yaşayır.

Sarkopeniya yaşa bağlı əzələ zəifləməsi deməkdir. Yaşın irəliləməsi nəticəsində baş verir. Yaş artdıqca hormonların azalması ilə əzələ kütləsində azalma müşahidə olunur. Əzələ zəifləməsinin hər bir yaşlı insanda olacağına dair bir qayda yoxdur. Düzgün qidalanan, idmanla məşğul olan, spirt və siqaret istifadəsidən uzaq duran yaşlı şəxslərdə əzələ zəifləməsi baş vermiyə bilər.

 

Məşq etmək əzələ zəifləməsi riskini azaldırmı?

Çox hərəkət etməyən insanlarda əzələ zəifləməsi müşahidə olunur. Ona görə də çox gəzmək və müntəzəm idman etmək insanı gümrah saxlayır və əzələlərin tükənməsinin qarşısını alır. Vücudunuzdakı hər bir əzələni zaman-zaman hərəkət etdirmək vacibdir. Heç vaxt istifadə olunmayan əzələlər zamanla zəifləyir. Gənc və ya yaşlı hər kəsin müxtəlif idman növləri ilə məşğul olmağı tövsiyə olunur. Güc və ya çəki məşqləri əzələlərinizi hərəkətə hazır saxlayır. Çeviklik məşqləri çevik qalmağınıza kömək edir. Gəzinti dözümlülüyünüzü artırır, aşağı bədən əzələlərini gücləndirir və osteoporoz kimi sümük xəstəlikləri ilə mübarizə aparmağa kömək edir. Yavaş-yavaş və sabit şəkildə, həddindən artıq yüklənmədən qaçmaq əzələ itkisini ləngidir. Yoqa hərəkətləri etmək əzələlərinizi, sümüklərinizi bir arada tutan vətərləri və bağları gücləndirir.

 

 

 

Əzələ itkisində qidalanmanın rolu

Sarkopeniyada qidalanma çox mühüm rol oynayır. Qeyri-sağlam qidalanma və kifayət qədər zülal almamaq yaşlılarda əzələlərin tükənməsinə səbəb olur. Əzələ itkisi yaşlılarda müşahidə edilərkən, kifayət qədər qidalanmayan gənclərdə də görülə bilər. Əzələ tükənməsi problemi ilə qarşılaşmaq istəməyən fərdlər ət, süd və süd məhsulları, balıq, toyuq və yumurta kimi yüksək protein tərkibli qidaları istehlak etməlidir.

 

Əzələ zəifləməsinin simptomları

Yaşla əlaqədar əzələ zəifləməsinin ən ümumi simptomları əzələ zəifliyi, hərəkət edərkən və ya fiziki iş görərkən hiss olunan güc itkisi, gəzintidə yavaşlıq, bədəndəki əzələlərdə gözlə görünən bir azalma, pilləkənləri qalxmaqda və balans saxlamaqda yaranan çətinliklər əzələ zəifləməsinin simptomlarıdır.

Əzələ itkisinə səbəb olan risk faktorlarına yaş, fiziki fəaliyyətin olmaması, qidalanma, piylənmə və xroniki xəstəliklər daxildir. Bədənimizdə inkişaf edən əzələlərin tükənməsinə səbəb ola biləcək amillər:

 

Beynimizdən əzələlərimizə göndərilən siqnalları ötürməyə xidmət edən sinir hüceyrələrində azalma;

Böyümə hormonu, testosteron və insulin kimi bəzi hormonların azalması;

Pəhriz zülalını enerjiyə çevirmək qabiliyyətinin azalmasıdır.

 

Sarkopeniyaya qarşı görülən tədbirlər

Əzələ itkisi xəstəliyi ilə qarşılaşmaq istəməyən fərdlər alkoqol və siqaret kimi pis vərdişlərdən uzaq durmalı və yüksək protein tərkibli qidalar istehlak etməlidirlər. Stress də əzələlərin tükənməsinə səbəb olan amillərdən biri olduğu üçün  stresə salacaq vəziyyətlərdən uzaq vacibdir. Həddindən artıq kofein istehlakı əzələlərin tükənməsinə səbəb olur. Kofeindən tamamilə imtina etmək lazım deyil, amma gündə 2 qəhvə içmək kifayətdir və zərərsizdir. Bəziləri 4-5 fincan qəhvə içirlər, amma, bu gələcəkdə əzələ itkisinə səbəb ola bilər.

Kalsium, kalium, maqnezium və natrium mineralları əzələlər üçün faydalıdır. Buna görə də bütün bu mineralları ehtiva edən mineral su istehlak edilə bilər. Kalium üçün banan, kalsium üçün isə süd istehlak edilməlidir. Dəniz məhsulları və tərəvəzlərdə bol maqnezium var. Natrium ehtiyacınızı bir çox yeməklərdə istifadə etdiyiniz duzla qarşılaya bilərsiniz.