Yay, detoks diyetləri üçün ən uyğun vaxtdır, buna görə də Saje Natural Wellness-in həmtəsisçisi Kate Ross LeBlanc-dan bu diyeti düzgün etmənin qaydaları barəsində məlumat istədik.
Detoks çayının faydaları
Detoks diyeti həqiqətən lazımdırmı?
Bəzi insanlar sağlam həyat tərzi yaşayırlar, belə ki, onlar müntəzəm olaraq məşq edirlər, bol su qəbul edirlər, sağlam qidalanaraq və davamlı təbii detoks edərək sağlam həyat tərzi keçirirlər. Bu səbəbdən belə insanlar üçün tez-tez detoks edərək bədənini toksinlərdən təmizləməyə gərək yoxdur. Ancaq hamımız yediyimiz qidalar və dərimizdə istifadə etdiyimiz məhsullar vasitəsilə bədənimizdə müəyyən miqdarda toksin toplayırıq, buna görə də çoxumuz ildə bir neçə dəfə detoksun faydalarından yararlana bilərik.
Detoks etmənin hansı faydaları var?
Bədəndə toksinlər meydana gəldikcə,onlar insan vücudunun zəif nöqtələrinə təsir edirlər, beləliklə ağrı və sancılar, baş ağrılar, alerjik simptomların şiddəti arta bilər. Detoks, eyni zamanda kilo verməyə başlamaq üçün əla bir yoldur.
Yeni detoks çayını növbəti bədən təmizliyinin bir hissəsi kimi necə istifadə edə bilərsiniz?
Orqanizmin təmizliyi üçün gündə iki-üç stəkan isti və ya buzlu detoks çayını günlük maye qəbulu miqdarının bir hissəsi olaraq qəbul edə bilərsiniz. Çayınıza nanə (iltihab əleyhinə), limon (təbii detoksifikator) və az miqdarda soyuq istiot (maddələr mübadilənizi stimullaşdırır) əlavə edə bilərsiniz..