Alkoqolun çəkiyə və sağlamlığa təsiri

Alkoqolun əzələ inkişafı və performansına, çəkiyə təsiri hər kəsin maraqlandığı bir mövzudur. Alkoqol orqanizmin yağ və karbohidrat kimi enerji mənbələrinin metabolizminə də təsir edir. Enerji səviyyəsinin və əzələ gücünün azalması ürək-damar funksiyalarına da mənfi təsir göstərir. Alkoqol qəbulundan sonra orqanizmdə baş verən prosedurlar bir-biri ilə zəncirvari əlaqəlidir. Bədəndəki mexanizm sanki sıraya düzülmüş domino daşlarından birinin aşması ilə digərlərinə təsiri mənzərəsinə yaradır.

Spirtli içkilər piy yığımını artırdığı üçün çəki problemlərinə və əzələ parçalanmasına səbəb olur. Həmçinin, alkoqol istifadəsi sinir sisteminə zərər verir və əllərdə titrəməyə, ayaqlarda uyuşmalara yol açır

Qaraciyərin yağlanması həddindən artıq miqdarda spirtin müntəzəm istifadəsi nəticəsində inkişaf edir. Alkoqol qaraciyərdə həzm olunanda meydana gələn asetaldehid (rəngsiz, kəskin boğucu iyə malik olan zəhərli qaz) adlı zəhərli maddə qaraciyər hüceyrələrini zədələyir və piylərin yığılmasına səbəb olur.

Spirtli içki qəbul etdikdə qanda müəyyən prosedurlar baş verir. İstifadə zamanı qanda spirt konsentrasiyası artır və mərkəzi sinir sistemi rahatlamağa başlayır. Təsirlər dozadan asılı olsa da, koordinasiyanın azalmasına, gecikmiş reaksiyalara, qərar qəbul etmə qabiliyyətinin azalmasına və balansın pozulmasına səbəb ola bilər.

Alkoqol qəbulu maddələr mübadiləsini də zəiflədir və krebs dövrünü (sitrik turşu dövrü) pozur. Krebs dövrü düzgün baş vermədikdə, vücudunuz yağları parçalaya bilməz.

 

 

Məşqdən sonra spirt istehlakı əzələləri daha güclü və həcmli edən protein sintezi prosesini pozur. Alkoqol bədənin karbohidratları və yağ turşularını yandırmaq qabiliyyətini məhdudlaşdırır, digər vəzifələri yerinə yetirmək üçün onları daha az əlçatan edir.

Hormonal pozuntular

Alkoqolun fəsadları sırasında hormonal pozğunluqları unutmayaq. Məsələn, böyümə hormonunun sintezini boğmaqla yanaşı, cinsi hormon olan testosteronun istehsalını zəiflədir. Müntəzəm olaraq spirt istehlak edən insanlarda testosteron hormonunun səviyyəsi olması lazım olandan çox aşağıdır. Spirtli içkilər də insanın cinsi həyatına mənfi təsir göstərir. Bundan əlavə, stress hormonu olan kortizolun artmasına səbəb olur. Bir çox qadın istehlak etdikləri spirtin miqdarına nəzarət etsə də, bəziləri təhlükəsiz miqdarı aşır. Risk səviyyəsində spirt istehlakı sonsuzluğa, menstruasiya pozuntularına, xərçəngin bir çox növünün artmasına və yaralanmalara səbəb olur. Kişi və qadın orqanizmləri spirtə fərqli reaksiya verir. Qadın orqanizmində spirti parçalayan maddə kişilərə nisbətən daha azdır.

Əgər əzələ kütləsi toplamaq prosesindəsinizsə, məşqdən əvvəl və ya sonra spirt istehlakından qaçınmaq həll yolu olmadığı üçün qəti şəkildə imtina etməlisiniz. Sağlam həyat tərzi və fit bir görünüş istəyirsinizsə və etdiyiniz idmandan fayda əldə etməyi həqiqətən düşünürsünüzsə, spirtdən uzaq durmağınız tövsiyə olunur.